Plastik və Estetik cərrah Dr. Günel Bayramlı 2001-2007-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalice-profilaktika fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə M.A. Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahlıq İnstitunun cərrahiyye şöbəsində cərrahlıq ixtisası üzrə internatura keçib. Ardından məcburi təyinat üzrə poliklinikada 2 il həkim cərrah vəzifəsində çalışıb. 2010-2011-ci illərdə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində yerləşən Qazi Universitetinin Tibb fakültəsinin Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə fakültəsində plastik cərrah olaraq çalışıb. 2012-2015-ci illərdə HB Güvən klinikasında plastik cərrah olaraq çalışıb və Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyib. 2015-2023-cü illər arasında Medera hospitalda Plastik və Estetik cərrahiyyə şöbəsinin müdiri olaraq işləyib. Həm Azərbaycanda, həm Türkiyədə yüzlərlə əməliyyatı uğurla reallaşdırıb.

Dr. Günel Bayramlı hal-hazırda Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci cərrahi xəstəliklər kafedrasının dissertantıdır. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin və İSAPS  - Beynelxalq Plastik ve Estetik Cərrahiyyə Assosiasiyasının üzvüdür. Azərbaycanda və xarici ölkələrdə çap olunan 15 elmi məqalənin müəllifidir. Yerli və xarici bir çox konfransların iştirakçısı olmuşdur.